AZ

​"Araz-Naxçıvan" qələbə qazana biləcək?

"Araz-Naxçıvan" bu gün UEFA Konfrans Liqasında Yunanıstanın "Aris" klubu ilə qarşılaşacaq. İdman eksperti Araz Əhmədov Metbuat.az-a açıqlamasında bildirib ki, “Aris” nə qədər güclü olsa da, “Araz-Naxçıvan”da zəif komanda deyil. “Bunu Elmar Baxşıyevin yetirmələrinin yoxlama matçlarında qazandıqları nəticələr də sübut edir. İlk oyunda minimal hesabla qazanılacaq qələbə təmsilçimizin mərhələni keçmək üçün işinə yaraya bilər”, - deyə ekspert əlavə edib. Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
52
1
metbuat.az

2Mənbələr