AZ

Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi

Rusiya çərşənbə günü, iyulun 24-də elan edib ki, İstanbulda əldə olunan razılaşmalara əsasən, Rusiya ilə Ukrayna arasında hərbi əsir mübadiləsinin növbəti mərhələsi həyata keçirilib. Bir qrup Rusiya hərbçisi Ukraynadan geri qaytarılıb. Amma nazirlik onların sayını açıqlamayıb.

Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir.

Məlumatda bildirilir: “İyunun 2-də İstanbulda əldə edilmiş Rusiya-Ukrayna razılaşmalarına əsasən, bir qrup rusiyalı hərbçi Kiyevin nəzarətində olan ərazidən geri qaytarılıb. Bunun müqabilində bir qrup Ukrayna Silahlı Qüvvələrinin əsiri qarşı tərəfə təhvil verilib”.

Nazirlikdən bildirilib ki, geri qaytarılan Rusiya hərbçiləri hazırda qonşu Belarusun ərazisində yerləşdirilib və onlara lazımi psixoloji və tibbi yardım göstərilir.

Seçilən
27
1
herbiand.az

4Mənbələr