AZ

Meyxanaçı Oqtay Kamil aylıq gəlirindən danışdı: Nə qədər qazanır?

Meyxanaçı Oqtay Kamil aylıq gəlirini açıqlayıb.

Oqtay Kamil Qaynarinfo-ya açıqlamasında aylıq qazancının 10 min manata yaxın olduğunu bildirib:

“Qazanc insanın adı və özü ilə bağlıdır. Bu gün meyxanaya təlabat böyükdür. Gündəlik qazancımı demək istəmirəm. Bəzi həmkarlarım gündəlik qazancları haqqında danışır. Amma bəzən baxıram ki, boş söhbətdir. Qazandığından artıq deyir, rəqəmləri şişirdir. Az qazandığım vaxtlarım da olur, Allah bərəkət versin. Yəni, deyə bilmərəm ki, aylıq qazancım 10 min manatdır, hər halda ona yaxındır”.

Meyxanaçı yeni layihələr üzərində işlədiyini vurğulayıb:
“Yaxın günlərdə onların hər biri tamaşaçılara təqim olunacaq. Qısametrajlı filmlərdə çəkilirik, yaxşı mahnılarımız var. Samirə ilə iş birliyimiz davam edir. Dəvət ediləndə efirlərə də bir yerdə gedirik. Samirə “Toylar kraliçası” olmuşdu. Amma meyxanada mənimlə deyişmək onu tamam başqa bir səhnəyə çıxardı. Gözəl musiqiçidir, bədahətən söz deyən yeganə qadındır. Biz deyişmədə bir-birimizi tamamlayırıq”.

Oqtay Kamil bu gün toylarda mahnı oxuyan meyxanaçılara da münasibət bildirib:

“Meyxana ifaçılarının bəziləri mahnı oxuyur. Bu o demək deyil ki, meyxana ilə vidalaşıblar. Meyxana öz yerində qalıb. Məsələn, mən Samirə ilə yarm saat oxuyub 1000 manat alıramsa və digər toyda ondan az pula 3-5 saat deyişirəmsə, mənə mahnı sərf edir. Əgər ifamız normaldırsa, niyə də oxumayaq? Bütün gözəl mahnıların əksəriyyətini elə meyxanaçılar yazıb”.

Seçilən
11
4
tribunainfo.az

5Mənbələr