Bəs görəsən bu ikisindən hansı daha faydalıdır?
BAKU.WS xəbər verir ki, mütəxəssislərin fikrincə yayda dondurma yemək sürətli sərinlik hissi verir, əhvalı yüksəldir, enerjini bərpa edir.
Lakin dondurma çox soyuq olduğu üçün boğaz ağrısı, hətta badamcıq iltihabı yarada bilər. Şəkər və yağ miqdarı yüksəkdir. Bu səbəbdən də arıqlamaq istəyənlər üçün təhlükəli seçimdir. Həmçinin tərkibi süni dadlandırıcı və qatqılarla zəngin ola bilər.
İsti çay içmək isə bədəni tənzimləyir, bədən istiliyini artıraraq tərləmə yaradır, nəticədə daxili temperatur tarazlaşır.
Bundan başqa, çay susuzluğu daha yaxşı yatırır. Tərkibi antioksidantlarla zəngindir – xüsusən yaşıl və ya bitki çayları. Belə çaylar həzm sistemini rahatladır. Qızmar havada isti içki içmək bəzilərinə psixoloji olaraq narahatlıq verə bilər. Əgər çox isti içilərsə, yemək borusuna zərər verə bilər.
4Mənbələr
-
referans.azYayda hansı daha çox sərinlədir? - Dondurma yoxsa çay? ( 19674566)
-
demokrat.azYayda hansı daha çox sərinlədir? — Dondurma yoxsa çay? ( 19673906)
-
far.azYayda hansı daha çox sərinlədir? - Dondurma yoxsa çay? ( 19673144)
-
baku.wsYayda hansı daha çox sərinlədir? Dondurma yoxsa çay? ( 19672616)