AZ

KOBİA Qusarda sahibkarlarla görüşüb (FOTO)

Bakı. Trend:

Qusar rayonunda sahibkarlarla görüş keçirilib. Kiçik və OrtaBiznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və QusarRayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş görüşdə kəndtəsərrüfatı, sənaye, turizm, pərakəndə satış, ictimai iaşəsahələrində fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirakedib.

Trend xəbərverir ki, Qusar Rayon İcra Hakimiyyətinin başçısı SahirMəmmədxanov, millət vəkili Azər Badamov və KOBİA-nın İdarəHeyətinin sədri Orxan Məmmədov sahibkarlıq fəaliyyətinin inkişafıüçün dövlət dəstəyi, bu dəstək alətlərindən istifadə etməklərayonun biznes potensialının reallaşdırılması, eləcə də rayondasahibkarlıq fəaliyyəti üçün imkanlar barədə fikirlərinibölüşüblər.

Qeyd olunub ki, Qusar rayonunun iqtisadiyyatı əsasən bağçılıq vəturizm sahələrinə əsaslanır. İntensiv bağçılıq üzrə əlavə dəyəryaratmaq üçün məhsulların yerində emalı həm gəliri artıra, həm dəyeni iş yerləri yarada bilər. Rayonun təbiəti və mövcudinfrastrukturu turizm üçün geniş imkanlar yaradır. Bu baxımdanQusarın turizm potensialından maksimum istifadə etmək və bu sahədəinnovativ xidmətlər təklif etmək vacibdir. Sahibkarların birgəfəaliyyətə üstünlük verməklə resurslarını birləşdirməsi və təcrübəmübadiləsi aparması yerli sahibkarlığın inkişafını sürətləndirəbilər. Biznes fəaliyyəti ilə bağlı rəqəmsal alətlərdən istifadəyəvə bazar araşdırmalarına əsaslanan layihələrə üstünlük verilməsifaydalı olar. Diqqətə çatdırılıb ki, biznesə başlamaq və inkişafetdirmək üçün dövlətin dəstək alətləri, bu sahədə yeniliklər,rayonun biznes və investisiya potensialı barədə ətraflı məlumatüçün sahibkarlar KOB dostu ofislərinə müraciət edə bilərlər.

Tədbir çərçivəsində sahibkarlarla kənd təsərrüfatı texnikasınıntəmiri məntəqələrinin yaradılması, subsidiyalar, torpağıntəyinatının dəyişdirilməsi, ixrac, tədarük məntəqələri və satış,kommunal xidmətlərə qoşulma, lizinq və s. məsələlərlə bağlımüzakirələr aparılıb, biznes subyektlərinin suallarıcavablandırılıb.

Həmçinin, KOBİA nümayəndələri Qusar rayonunda fəaliyyət göstərən“Monolit tikinti” MMC-nin PVC qapı-pəncərə və metalkonstruksiyaların istehsalı sexlərində və satış yerində olub,sahibkarla biznesin inkişafına dair fikir mübadiləsi aparıblar.Qeyd edək ki, müəssisə müxtəlif vaxtlarda KOBİA-nın hüquqi yardım,xarici və yerli sahibkarlarla əlaqələndirmə və təlim xidmətlərindənistifadə edib.

KOBİA
KOBİA
KOBİA
KOBİA
KOBİA
Məqalədə:
Seçilən
71
4
az.trend.az

5Mənbələr