Ajans.az xəbər verir ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko keçirdiyi mətbuat konfransında Ukrayna ilə danışıqlarda əsas şərtlərin davamlı sülhün təmin olunması və Kiyevin bir daha təhlükə yaratmaması olduğunu bildirib. “Olar konseptual məsələlər var, prezidentimiz və xarici işlər naziri dəfələrlə bunu bəyan edib. Bunlar açıq, dəqiq və konkret sərhədlərdir, biz onları heç vaxt keçməyəcəyik, vəzifələrimizdən geri çəkilməyəcəyik, çünki biz heç kimin xoşuna gəlmək üçün, yaxud qəbuledilməz tələblərə uyğun olaraq müvəqqəti həllər axtarmırıq. Əsas şərtlərimiz gələcəkdə sabit sülhün təmin olunması və Ukrayna ərazisindən Rusiya üçün heç bir təhlükənin gəlməməsidir. Bu məqsədlərə çatacağıq,” – deyə Matviyenko bildirib. O vurğulayıb ki, Rusiya xüsusi hərbi əməliyyatın məqsədlərinin müəyyən edilməsindən tutmuş sülh sazişinin şərtlərinə qədər mövqeyində sabitdir. “Biz şərtləri və məqsədləri dəyişmirik, Ukrayna tərəfi isə əvvəlcədən qəbul edilməyəcəklərini bilə-bilə, yalan və qəbuledilməz tələblərlə çıxış edir,” – Matviyenko qeyd edib. “Amma danışıqlar mövqelərin yaxınlaşması, mövqelərin dəqiqləşdirilməsi və qarşılıqlı qəbul edilə biləcək razılaşmalar tapmaq üçündür.”