AZ

Sülh müqaviləsi bu tarixdə imzalanacaq: Ona qədər Paşinyan hansı işi sona çatdırmalıdır?

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcü həmkarı Maka Boçorişvili ilə birgə mətbuat konfransında qeyd edib ki, Azərbaycan və Ermənistan arasında yekun sülhə nail olunması üçün Ermənistanda referendum keçirilərək konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdır.


Həmçinin ATƏT-in Minsk qrupu da ləğv edilməlidir. Xarici İşlər nazirinin bu fikirləri fonunda Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasını necə proqnozlaşdırmaq olar? Ümumiyyətlə sülh sazişi hansı situasiyada və hansı tarixdə imzalana bilər? Bu istiqamətdə yaxın gələcəkdə hansı müsbət addımlar atıla bilər?




Mövzu ilə bağlı Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Referans-a açıqlamasında bildirib ki, hər halda prinsipcə Azərbaycan Respublikası ilə Ermənistan arasında bir sıra məsələlər artıq razılaşdırılıb.  Amma bu dəfə Ermənistanın gələcəkdə ərazi iddiaları ilə çıxış etməyəcəyi ilə bağlı müəyyən təminat olmalıdır.


Partiya sədri onu da diqqətə çatdırıb ki, buna görə bu məsələdə Azərbaycan-Ermənistan qarşısında çox ciddi tələblər ortaya qoyur. Bu tələblərdən biri də əsasən Ermənistan konstitusiyadakı dəyişikliklərlə bağlıdır. Bundan başqa ATƏT-in Minsk qrupu heç Ermənistanın özünə də lazım deyil.


"Beləliklədə bu kimi məsələlər öz həllini tapmayınca hələlik Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin yekunundan danışmaq olmur. Prinsip etibarilə razılıqlar var və bu çox sevindiricidir. Daha çox konkret maddələr üzrə də dəyişikliklər olmalıdır",- deyə millət vəkili Fazil Mustafa qeyd edib.


Məmmədov Hüseyn

Referans.az  

Seçilən
56
referans.az

1Mənbələr