Rusiyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın baş naziri Mixail Mişustinlə görüşüb.
Ölkə.Az xəbər verir ki, görüşü barədə məlumat verən Rusiya baş nazirinin müavini Aleksey Overçukun sözlərinə görə, tərəflər Cənubi Qafqazdakı vəziyyətlə bağlı məsələləri müzakirə ediblər.
Overçuk əlavə edib ki, Mişustinlə Paşinyan Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyətini, xüsusən də, ikitərəfli əməkdaşlığın gündəliyi, Aİİ çərçivəsində qarşılıqlı fəaliyyət, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediblər.
Onun sözlərinə görə, Paşinyan Mişustinlə görüşündə İrəvanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) işi davam etdirməkdə maraqlı olduğunu təsdiqləyib.
“Ümumiyyətlə, Ermənistan Avrasiya İqtisadi İttifaqında fəaliyyətini davam etdirmək əzmindədir”, - o qeyd edib.
Mürtəza