AZ

İstilər səbəbilə komendant saatı elan edildi

Kiprdə hava temperaturunun yüksəlməsi ilə əlaqədar səlahiyyətlilər əhalinin sağlamlığını qorumaq üçün yeni qərar qəbul ediblər.

News24.az Publika.az-a istinadən xəbər verir ki, ölkədə istilər səbəbilə komendant saatı elan edilib.

Meteoroloqların sözlərinə görə, günün ən isti saatlarında çöldə işləmək qadağandır: “Temperaturun 35-45 dərəcə selsiyə çatdığı Kiprdə saat 12:00-dan 16:00-a qədər çöldə işləmək qadağandır”.

Ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu qadağanın iyulun 27-dək qüvvədə qalacağını açıqlayıb.


Seçilən
69
4
news24.az

6Mənbələr