AZ

Rusiya və Ermənistan Baş nazirləri arasında görüş olub

Rusiyanın Baş naziri Mixail Mişustin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Görüş Rusiya Federasiyasının Altay Respublikasında keçirilən ətraf mühitin mühafizəsi üzrə beynəlxalq konfrans çərçivəsində baş tutub.

Görüşdə Ermənistan-Rusiya münasibətlərinin hazırkı kursu müzakirə olunub.

Eyni zamanda ikitərəfli əməkdaşlığın gündəliyinə, Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyətə və qarşılıqlı maraq doğuran digər məsələlərə toxunulub.

MənbəAPA
Seçilən
67
5
banker.az

6Mənbələr