AZ

QHT müharibədən zərər çəkənlər üçün sosial psixoloji xidmətlər təşkil edir FOTOLAR

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid ailələrinə və müharibə iştirakçılarına sosial-psixoloji dəstək” adlı layihəsini uğurla həyata keçirir. 

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi İctimai Birliyi (AİİYM) 2025-ci ilin may ayından etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid ailələrinə və müharibə iştirakçılarına sosial- psixoloji dəstək” adlı layihəsini uğurla icra edir. Layihənin mahiyyəti müharibədən zərçəkmiş şəxslərə - şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına sosial-psixoloji xidmətlərin göstərilməsi ibarətdir.

Layihə çərçivəsində Tovuz rayonunda yaradılmış sosial-psixoloji dəstək mərkəzində şəhid ailələrinə, müharibə əlillərinə, müharibə iştirakçılarına və onların ailələrinə sosial-psixoloji reabilitasiya xidmətlərinin göstərilməsi ilə yanaşı həmin şəxslərə dair qanunvericilik və dövlət proqramları ilə bağlı maarifləndirilməsi və evlərdə səyyar sosial-psixolji xidmətləri göstərilməsi uğurla həyata keçirilir.

"Cebheinfo.az" 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
67
4
cebheinfo.az

5Mənbələr