AZ

Odessada gəmi minaya düşdü – ölənlər var

Ukraynanın Odessa vilayətində dibdərinləşdirən gəmi minaya düşüb, üç nəfər həlak olub.

Viral.az/” target=”_blank”>Viral.az xəbər verir ki, bu barədə “Ukrayna Dəniz Limanları İdarəsi” məlumat yayıb.

Hadisə iyulun 23-də axşam saatlarında baş verib.

Son Yazılar:

“Gəmi 11 nəfərlik heyətlə “Bıstroe” mənsəbində planlı dibdərinləşdirmə işləri aparmaq üçün orada idi. Partlayış nəticəsində üç nəfər həlak olub. Heyətin digər üzvləri hazırda xəstəxanadadır, onlara bütün lazımi tibbi yardım göstərilir”, – məlumatda bildirilib.

Hadisə yerində müvafiq xidmətlər işləyir. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Mənsəb vasitəsilə keçid müvəqqəti olaraq bağlanıb, gəmilər Sulin kanalı vasitəsilə yönləndirilir.

Seçilən
78
5
viral.az

10Mənbələr