Türkiyə Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Amur bölgəsində 24 iyulda baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı verib.
Operativ Media xəbər verir ki, başsağlığında deyilir: “Rusiya Federasiyasının Amur bölgəsində bu gün (24 iyul) baş verən təyyarə qəzası səbəbilə dərin kədər hissi keçiririk. Həyatını itirənlərin yaxınlarına və Rusiya xalqına başsağlığı diləyirik.”
Qeyd edək ki, bu gün Rusiyanın Amur bölgəsində içərisində 49 nəfərin olduğu “An-24” təyyarəsi qəzaya uğrayıb.
Qəza nəticəsində 49 nəfərin hamısı həlak olub.