ain.az bildirir, Footbal-plus portalına istinadən.
"Səbail"dən ayrılan Rüfət Abdullazadənin yeni klubu müəyyənləşib."Football-plus.az" xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi karyerasını "Varazdin"də (Xorvatiya) davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ölkənin əsas çempionatında mübarizə aparan "Varazdin" Rüfətlə 3 illik müqavilə imzalayıb. Onun klubla danışıqları "Asadov Pro Bridge" agentliyinin rəhbəri Emil Əsədov tərəfindən aparılıb.Xatırladaq ki, Rüfət Abdullazadə karyerası ərzində "Sumqayıt"ın da formasını geyib. O, son klubu "Səbail"dən ötən həftə ayrılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.