AZ

Daha bir cüdoçumuz Yay Olimpiya Festivalında fəxri kürsüyə yüksəlib

ain.az, Yeniavaz portalına istinadən məlumat verir.

Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil edilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) cüdo yarışları davam edir.

Yeniavaz.com xəbər verir ki, bu yarışlarda Azərbaycan yığması daha bir medal qazanaraq ümumi göstəricilərini artırıb.

73 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Ağakişiyev bürünc medal uğrunda döyüşdə Belarus Olimpiya Komitəsinin nümayəndəsi Aleksandr Aleynikov üzərində qızıl xalla qələbə qazanıb və turniri üçüncü pillədə tamamlayıb.

Xatırladaq ki, daha öncə EYOF-2025 yarışlarında Azərbaycanın cüdoçuları Gülşən Hüseynova (-44 kq), Rza Xəlilli (-50 kq) və Rəsul Əlizadə (-55 kq) qızıl, Nuranə Hacızadə (-48 kq) və Zeyd Ələsgərov (-60 kq) gümüş, Aysun Məmmədova isə (-52 kq) bürünc medal əldə edib.

Beləliklə, 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan Azərbaycan yığması 7 medalla komanda hesabında lider mövqeyini qorumaqdadır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
102
9
yeniavaz.com

10Mənbələr