Neftçala Rayon İcra Hakimiyyəti şəhərdaxili yolların və mənzillərin əsaslı təmiri üçün təmir-tikinti işləri həyata keçirəcək.
Far.Az- in əldə etdiyi məlumata görə, bu məqsədlə ümumi dəyəri təxminən 899 min manat olan tender elan olunub.
Layihə üç əsas hissədən ibarətdir:
Büdcədənkənar vəsait hesabına yolların əsaslı təmiri,
Rayonun daxili yollarının təmiri,
Mənzil fondunun əsaslı bərpası.
Hər üç iş şərtlər toplusuna əsasən həyata keçiriləcək və rayonun infrastrukturunun yaxşılaşdırılmasına xidmət edəcək.