AZ

Xankəndi stadionu təmir ediləcək - 10 milyon MANAT

Xankəndi şəhər stadionunun əsaslı təmiri və yenidən qurulması üzrə işlərə başlanılır.

Modern.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, Gənclər və İdman Nazirliyi artıq bununla bağlı "Planet Construction" şirkəti ilə müqavilə bağlayıb.

Müqaviləyə əsasən, Xankəndi şəhər stadionunun əsaslı təmiri və yenidən qurulması üzrə işlərin icrasına 9 milyon 918 min 674 manat vəsait sərf olunacaq.

Seçilən
60
12
modern.az

10Mənbələr