AZ

Neftçala sakini arvadına və qayınatasına xəsarət yetiribVİDEO

Neftçala rayonunda iki nəfərə deşici alətlə çoxsaylı xəsarətlər yetirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Xezerxeber.az xəbər verir ki, hadisə ötən gün saat 17:00 radələrində rayonun Xıllı qəsəbəsinin ərazisində baş verib.

Hadisə zamanı Fərid Bağırov deşici alətlə Hüseyn Əhmədova və Əfsanə Bağırovaya çoxsaylı xəsarətlər yetirib.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Onlara təcili tibbi yardım göstərilib və stasionar müalicəyə cəlb edilərək həkim nəzarətinə götürülüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, hadisədə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, Ə. Bağırova F. Bağırovun həyat yoldaşı, H. Əhmədov isə qayınatasıdır.

Seçilən
3
5
xezerxeber.az

6Mənbələr