AZ

Rusiya MN nin vəzifəli şəxslərinə cinayət işi açıldı

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya İstintaq Komitəsi (İK) Rusiya Müdafiə Nazirliyinin Hərbi Xidmətinin Qoşunlar və Təhlükəsizlik İdarəsinin iki əməkdaşına qarşı cinayət işi açıb.

"Unikal" xəbər verir ki, bu barədə idarənin rəisi Aleksandr Bastrıkin bildirib.

“Rusiya Müdafiə Nazirliyinin Hərbi Xidmətinin Qoşunlar və Təhlükəsizlik İdarəsinin məsul işçiləri Yuri Zaxarçenko və Mixail Baranova qarşı cinayət işi araşdırılır. İstintaqla müəyyən edilib ki, cinayəti törədən şəxslər dövlət müqaviləsinin şərtlərinə uyğun gəlməyən rabitə sistemlərinin texniki xarakteristikalarının yoxlanılması ilə bağlı uydurma akt tərtib ediblər. Onların əməllərindən dəyən ziyan 300 milyon rubldan çox olub", - deyə bastrıkin qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
1
unikal.az

2Mənbələr