AZ

Azərbaycan axtarışda olan Özbəkistan vətəndaşını təhvil verib

Yazını böyüt
Yazını kiçilt

Özbəkistan vətəndaşı, 1982-ci il təvəllüdlü Yusupov Amonbek Abdulxakoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Özbəkistanda Prezidentin şərəf və ləyaqətini alçaltma cinayətinin törədilməsində təqsirləndirilərək, dövlətlərarası axtarışa verilmiş A. A. Yusupov bu ilin aprel ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, o, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanına təhvil verilib.

Seçilən
151
45
hafta.az

10Mənbələr