GƏNCƏ, 24 iyul. TELEQRAF
Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin şadlıq saraylarından birinin qarşısında qeydə alınıb.
İlkin məlumata görə, Ayaz adlı şəxsi avtomobil vurub.
Xəstəxanaya çatdırılan şəxsin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.