AZ

"Yuventus" portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzaladı - RƏSMİ

"Yuventus" Joao Mario Netonu transfer edib.

Sportal.az xəbər verir ki, Turin klubu "Portu"nun müdafiəçisinin keçidini rəsmən elan edib. Tərəflər 2030-cu ilə qədər müqavilə imzalayıblar.

Transferin məbləği 11,4 milyon avro təşkil edir və bu məbləğ 4 il ərzində tam ödəniləcək. Bundan əlavə, Turin klubu 1,2 milyon avro əlavə xərc də çəkib.

Qeyd edək ki, Joao Mario ötən mövsüm Portuqaliya çempionatında 27 oyun keçirib və 7 asistlə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
64
3
sportal.az

4Mənbələr