AZ

I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri açıqlanıb

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən IIIqrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçüncoğrafiya fənni) üzrə 13 iyul 2025-ci il tarixində keçirilmiş qəbulimtahanının nəticəsini elan edib.

Trend xəbər verirki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

İmtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı vəcavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tiplitapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunandoğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə keçiddən(https://eservices.dim.gov.az/2025/netbak/) tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticəsi haqqında məlumatı, həmçininmobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsiləimtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinəgöndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 29693abituriyentdən (I qrup üzrə 24059 nəfər, IV qrup üzrə 5634 nəfər)897 nəfər (I qrup üzrə 726 nəfər, IV qrup üzrə 171 nəfər) imtahandaiştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 8 nəfərqaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələriləğv edilib.

III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən 4536abituriyentdən 1231 nəfər coğrafiya fənni üzrə imtahanagəlməyib.

Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2nəfər – Neftçala rayonu Qədimkənd kənd orta məktəbinin məzunu ƏliliMüşfiq Aqil oğlu və Bakı şəhəri 64 saylı orta məktəbin məzunuMəmmədov Əbülhəsən Brilyant oğlu göstərib. Əlili Müşfiq Aqil oğluhər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə ən yüksəknəticəni (698.3 bal) göstərən abituriyentdir. O, imtahanın birincimərhələsində 298.3 bal toplayıb. Məmmədov Əbülhəsən Brilyant oğluisə imtahanın birinci mərhələsində 296.7 bal toplayıb.

Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal)4 nəfər – Bakı şəhəri 272 saylı orta məktəbin məzunu NurməmmədliSona Məhəmməd qızı, Şəki rayonu Orta Zəyzid kənd 1 saylı ortaməktəbin məzunu Abdulsəmədli Orxan Fəxri oğlu, Bakı şəhəri 253saylı orta məktəbin məzunu Abdullayeva Məryəm İlqar qızı, Bakışəhəri 53 saylı orta məktəbin məzunu Ağaməmmədova Zeynəb Zaur qızıgöstərib. Nurməmmədli Sona Məhəmməd qızı və Abdulsəmədli OrxanFəxri oğlu hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrəmaksimum nəticəni (700 bal) göstərən abituriyentlərdir. Onlarimtahanın birinci mərhələsində 300 bal toplayıblar. AbdullayevaMəryəm İlqar qızı imtahanın birinci mərhələsində 289, AğaməmmədovaZeynəb Zaur qızı isə 286.7 bal toplayıb.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimum 300, IImərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər ikimərhələdə toplanılan balların cəminə görə aparılır.

Seçilən
290
49
az.trend.az

10Mənbələr