“Yaxşı və dinamik oyuna şahidlik etdik.”
Teleqraf xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev evdə Yunanıstanın “Aris” klubunu 2:1 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis komandasının oyuna düzgün yanaşdığını bildirib: “Rəqibin bizə hansı sürprizləri hazırlaya biləcəyini bilirdik və buna uyğun hazırlaşmışdıq. Komanda şəklində oyuna düzgün yanaşdıq və nəticədə layiqli bir qələbə qazandıq.”