Aktyor Allahverdi Yolçuyev şəhərin mərkəzi küçələrində insanlara, mağazalara corab satır.
Far.Az xəbər verir ki, bunu tanınmış aktyor "Astar" yutub layihəsində deyib.
O, dərmanlarını almaq üçün bu işlə məşğul olduğunu bildirib:
"Mən öyrəşməmişəm ki, evdəkilərdən pul istəyim. Qızlarımın həyat yoldaşları bilmir corab satıram, məni qoymazlar.
Corab alanlar olur. İki manata alıram, 4-5 manata satıram. Günə 10-15 manat qazanc olur. Xalqımıza qurban olum, məni çox istəyirlər".