Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.
Lənkəran şəhərində yerləşən mağazalardan birində yanğın hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə şəhərin "DOSA" adlanan ərazisində qeydə alınıb. Yanğınla bağlı əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub. Həmçinin polis əməkdaşları və təcili tibbi yardım briqadası da hadisə yerinə yönləndirilib. Əldə edilən məlumata əsasən, alov artıq ətrafdakı mağazalardan birinə də keçib. Polis əməkdaşları tərəfindən ərazi nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri görülür. Hazırda alovun digər tikililərə keçməsinin qarşısını almaq üçün yanğınsöndürmə işləri davam etdirilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.