ain.az, Olke.az portalına istinadən məlumat verir.
İran Fransa, Britaniya və Almaniya nümayəndələri ilə cümə gününə planlaşdırılan danışıqlarda uranın zənginləşdirilməsi də daxil olmaqla, nüvə hüquqlarını müdafiə edəcək.
"Ölkə.az" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi bildirib.
Nazir qeyd edib ki, danışıqların məqsədi ötən ay İsrail və Amerikanın nüvə proqramına qarşı son hərbi əməliyyatlarına baxmayaraq, İranın mövqeyinin dəyişməzliyini Avropa ölkələrinə çatdırmaq olacaq.
Baş diplomat vurğulayıb ki, İran öz nüvə proqramını məntiqi şəkildə inkişaf etdirməyə hər zaman hazırdır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.