"Şəmkir" baş məşqçi Vüqar Nadirovla yola davam edəcək.
Sportinfo.az xəbər verir ki, 38 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Vüqar Nadirov ötən ilin noyabr ayında "Şəmkir"in baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında II Liqada mövsümü 5-ci pillədə başa vurub.