Avropa Liqasının (AL) II təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, “Sabah”ın Konfrans Liqasının (KL) III təsnifat mərhələsində potensial rəqiblərinin - "Levski" (Bolqarıstan) - "Braqa" (Portuqaliya) oyununda qol vurulmayıb – 0:0.
“Sabah” KL-in II təsnifat mərhələsinin ilk oyununda səfərdə Moldova "Petrokub"unu 2:0 hesabı ilə məğlub edib. Bakı klubu mərhələni keçsə, "Levski" - "Braqa" cütünün məğlubu ilə üz-üzə gələcək.