AZ

"Neftçi"yə yeni əcnəbi baş məşqçi gətirildi

"Neftçi" basketbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, komanda Vitali Stepanovskiyə tapşırılıb.

Ukraynalı mütəxəssis əvvəllər “Ximik” (Ukrayna), “Krayova” (Rumıniya) komandalarını və ölkəsinin millisini çalışdırıb. Onun sonuncu iş yeri isə Estoniyanın “Parnu” klubu olub.

V.Stepanovskinin köməkçiləri həmyerlisi Oleq Qonçarov və gürcüstanlı Daviti Çivçivadze olacaq.

Seçilən
26
8
sportinfo.az

9Mənbələr