“Cəbrayıla qayıdan kimi azad torpaqları qarış-qarış gəzəcəyəm”.
Bu sözləri “Report”a açıqlamasında bu gün Cəbrayıl şəhərinə qayıdan keçmiş məcburi köçkün Xuraman Əsədova deyib.
O bildirib ki, illərlə bu günün həsrəti ilə yaşayıb: “Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”.
Xatırladaq ki, bu gün Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınır. Bu mərhələdə 50 ailə - 199 nəfər öz doğma yurduna köçürülür.