“Valideynlərimlə tərk etdiyim doğma torpağa indi övladlarımla qayıdıram”.
Bu sözləri “Report”a açıqlamasında bu gün Cəbrayıl şəhərinə qayıdan keçmiş məcburi köçkün Mustafayeva Kamilə deyib.
“Cəbrayıl işğaldan azad edildikdən sonra orada olmamışıq. Həyəcanla oraya çatacağım anı gözləyirəm”, - deyə o qeyd edib.
Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyən Cəbrayıl şəhər sakini doğma yurduna qayıtdığına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.