AZ

Starlink peyk sistemində 2 saatlıq qlobal nasazlıq baş verib

Peyk interneti xidməti göstərən Starlink sistemində genişmiqyaslı qlobal nasazlıq qeydə alınıb...

Nəticədə həm adi istifadəçilər, həm də döyüş bölgəsində olan Ukrayna ordusunun hərbçiləri bir müddət əlaqəsiz qalıb.

Poliqon xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Komandanlığının rəhbəri Robert Brovdi məlumat verib. Problemin təxminən 2,5 saat davam etdiyi bildirilir. Hazırda nasazlıq tam aradan qaldırılıb — bu barədə şirkət rəsmiləri məlumat veriblər.

Starlink-in vitse-prezidenti Maykl Nikols sosial şəbəkə X-də yazıb ki, nasazlıq “əsas şəbəkənin fəaliyyətini təmin edən daxili proqram təminatlarında baş verən nasazlıqdan” qaynaqlanıb.

Starlink terminalları Ukrayna hərbçilərini rabitə ilə təmin edir. Orduda bu sistemlər pilotsuz uçuş aparatları və dəniz dronlarının naviqasiyası, silahların hədəfə yönləndirilməsi və digər məqsədlər üçün də istifadə olunur. Defense One nəşrinin 2024-cü ildə yaydığı məlumata əsasən, Rusiya hərbçiləri də Starlink sistemlərindən istifadə edirlər. İyunda isə Luqansk Xalq Respublikasının rəhbəri Leonid Paseçnik regionda bu avadanlıqların satışını və istifadəsini qadağan etmişdi.

Poliqon.info

Seçilən
111
poliqon.info

1Mənbələr