AZ

Münhen hava limanında deportasiya üçün xüsusi terminal tikiləcək

Bakı. Trend:

Almaniyanın Münhen hava limanında miqrantların repatriasiyası(vətənə qaytarılması) üçün xüsusi deportasiya terminalınınyaradılması planlaşdırılır.

Trend xəbər verirki, bu barədə Almaniyanın “DW” media orqanı məlumat yayıb.

Məlumata görə, “repatriasiya terminalı” adlandırılan yeni binatəxminən 60 metr uzunluqda və iki mərtəbəli olacaq. Layihəyəəsasən, terminal gündə 50-yə qədər fərdi deportasiya və qrup çarterreyslərini idarə edəcək, ümumilikdə isə 100-ə qədər giriş-çıxışprosesini əhatə edəcək.

Bundan əlavə, obyekt mərkəzi qeydiyyat sahəsini də əhatə edəcəkvə bu, repatriasiya proseslərinin səmərəli koordinasiyasına xidmətedəcək.

Tikinti işlərinin 2028-ci ilə qədər tamamlanması nəzərdətutulur.

Münhenin meri Diter Rayter layihə ilə bağlı bildirib: “Cinayəttörətməkdə təqsirli bilinən insanların mənşə ölkələrinədeportasiyası məntiqli addımdır. Ona görə də belə bir terminalınyaradılması təklifinin kökündən yanlış olduğunu düşünmürəm”.

Seçilən
88
az.trend.az

1Mənbələr