AZ

Kamboca və Tailand sərhədində ağır döyüşlər gedir

Tailand və Kamboca arasında sərhəddə gərginlik davam edir.

Doğru.az xəbər verir ki, Kamboca Milli Müdafiə Nazirliyinin sözçüsü, general-leytenant Mali Socheat bu gün sərhəd bölgəsində hərbi qarşıdurmanın artdığını bildirib.

Onun sözlərinə görə, hər iki ölkənin ordusu bir-birinin mövqelərini ağır artilleriya ilə atəşə tutur:

“Hər iki ordu bir-birinin mövqelərini atəşə tutmaq üçün ağır artilleriyadan istifadə etməyə davam etdi”, – deyə TASS Socheat-ın sözlərini sitat gətirib.

Socheat qeyd edib ki, Kamboca ordusu bütün cəbhə xətti boyunca mövqelərinə nəzarəti saxlayır və təcavüzkarlara qarşı qətiyyətlə cavab verir.

O həmçinin əlavə edib ki, iyulun 24-də Tailand tərəfi ağır silahlardan və F-16 qırıcı təyyarələrindən istifadə etməklə Kambocada səkkiz strateji hədəfə zərbə endirib.

Mövcud vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iyulun 25-də fövqəladə iclas keçirəcəyi gözlənilir.

DOĞRU.AZ

Seçilən
95
dogru.az

1Mənbələr