AZ

Qazaxıstan Prezidenti Türkiyəyə rəsmi səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyəyə rəsmi səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Akordanın mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, K.Tokayev burada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə danışıqlar aparacaq.

İki dövlətin liderləri iyulun 29-da danışıqlar aparacaq və Qazaxıstan – Türkiyə strateji tərəfdaşlığının daha da gücləndirilməsini müzakirə edəcəklər.

"Prezidentlər, həmçinin Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasını keçirəcəklər", - məlumatda bildirilib.

Seçilən
4
14
ikisahil.az

10Mənbələr