AZ

Zelenski geri çəkildi | VİDEO

AzVision.az xəbər verir ki,Zelenski Ali Radaya UMAB-ın müstəqilliyinə zəmanət verən yeni qanun layihəsi təqdim etdiyini təsdiqləyib.

“Ədalət, hüquq-mühafizə və korrupsiyaya qarşı mübarizə orqanları üçün vəd verdiyim layinəni təqdim etmişəm. Korrupsiyaya qarşı mübarizə orqanlarının müstəqilliyinə tam təminat. Bunlar Rusiyanın heç bir müdaxiləsinin olmadığını yoxlamaq üçün real imkanlardır”,- Ukrayna prezidenti deyib.

Zelenskinin sözlərinə görə, yeni qanun layihəsinin mətni hüquq-mühafizə orqanlarının nümayəndələri, eləcə də onun hazırlanmasına avropalı ekspertlərin cəlb olunması təklifini verən Ukraynanın xarici tərəfdaşları ilə müzakirə edilib.

-Mən məmurlarımıza qanun layihəsini bütün tərəfdaşlarımıza təqdim etməyi və bütün lazımi ekspert imkanlarını cəlb etməyi tapşırdım. Təbii ki, ukraynalıların bütün hadisələrə ləyaqətlə reaksiya verməsi vacibdir. Ukraynada insanlar laqeyd deyillər. Dövlətimiz üçün mübarizə aparan, Ukrayna üçün çalışan hər kəsə təşəkkür edirəm”,- Volodimir Zelenski vurğulayıb.

The Economist: “Zelenski starteji səhv buraxıb” | VİDEO
Bundan əvvəl o, UMAB-ın işi ilə bağlı qanunlara dəyişiklik olunmasının zəruriliyini büronun bir neçə əməkdaşının Rusiyaya işləməkdə günahlandırılması ilə izah edib.

Qanunun əleyhdarları isə diqqəti ona yönəldiblər ki, bütün bu işlər bir müddət əvvəl başlanıb və UMAB-ın müstəqilliyinə xələl gətirmək üçün əsas ola bilməz.

Xatırladaq ki, UMAB-ın və İAP-ın müstəqilliyini faktiki olaraq aradan qaldıran qanun iyulun 22-də qəbul edilib və Ukrayna prezidenti elə həmin gün də onu təsdiqlkəyib. Volodimir Zelenskinin iddiasına görə, bu addım sözügedən strukturları, ilk növbədə, Rusiyanın xarici təsirlərindən təmizləmək üçün zəruridir.

Bundan sonra Ali Radanın 48 deputatı sözügedən qurumların müstəqilliyinin qaytarılmasını nəzərdə tutan qanun layihəsini qeydiyyatdan keçirib. Ukraynanın paytaxtı Kiyevdə və bir sıra şəhərlərdə etiraz aksiyaları keçirilib.

ABŞ və Avropa İttifaqı (Aİ) rəsmi Kiyevin qərarını tənqid edib. “Politico” nəşri isə, Ukrayna hakimiyyətini ölkə üçün təhlükə adlandırıb.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
1
1
azvision.az

2Mənbələr