AZ

Yeni müharibə anonsu: “Hər an başlaya bilər”

"Tailand və Kamboca sərhədində toqquşmalar müharibəyə çevrilə bilər".

Olaylar.az xəbər verir ki, bunu Tailandın baş naziri vəzifəsini icra edən Phumtham Vechayachai deyib.

İyulun 25-də Tailand Silahlı Qüvvələri bəyan edib ki, Kamboca tərəfi Grad çoxsaylı buraxılış raket sistemləri ilə mülki əhalini atəşə tutur.

Qeyd olunur ki, Tailand qoşunları əməliyyat şəraitinə uyğun olaraq adekvat cavab verir.

İyulun 24-nə keçən gecə Tailand və Kamboca sərhədində mübahisəli ərazidə quru qoşunları arasında atışmalar başlayıb. Tailand hakimiyyəti Kambocanı münaqişəni qızışdırmaqda ittiham edib, daha sonra isə ölkənin Hərbi Hava Qüvvələri qonşu dövlətin ərazisindəki hədəflərə zərbələr endirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
133
50
olaylar.az

10Mənbələr