AZ

Məhbus azərbaycanlı alim yoxa çıxdı

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Tehrada həbsdə saxlanılan İsveç-İran ikili vətəndaşı Əhmədrza Cəlali barədə 1 aydır məlumat əldə etmək mümkün olmayıb.

Axar.az xəbər verir ki, bu haqda onun həyat yoldaşı Vida Mehranniya özünün X səhifəsində paylaşım edib.

Əhmədrza barədə son dəfə 1 ay əvvəl məlumat əldqılarını deyən Mehranniya Tehran hökumətinin alimə qarşı münasibətini qeyri-insani adlandırıb:

“Onun taleyi barədə suallarımz qarşısındakı bu susqunluq qəddar və qeyri-insanidir. Cavab tələb edirik: Əhməd Rza haradadır? O necədir?”

Tehranın Evin həbsxanasında saxlanılan Ə.Cəlali iyunun 23-də İsrailin həbsxananın inzibati binasına zərbəsindən sonra oradan naməlum yerə köçürülüb.

Qeyd edək ki, əslən Güney Azərbaycanın Sarab mahalından olan İsveç vətəndaşı Əhmədrza Cəlali 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib. 2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi azərbaycanlı alimi “İsrailə casusluq” ittihamı ilə edama məhkum edib və qərar İran Ali Məhkəməsi tərəfindən təsdiq olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
7
axar.az

8Mənbələr