Tenderin adı: “QA strukturunun qurulması və avtomatlaşdırılmış test həlləri üzrə tender”
Tenderin son tarixi: 30.07.2025, saat 13:00.
Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:
İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar) İşin icra müddəti qeyd edilməsi mütləqdir Qiymət təklifi xidmətlərə və lisenziyalara aid edilməlidir. Qiymət vergi daxil göstərilməlidir (ƏDV və ya sadələşdirilmiş vergi olmasından asılı olmayaraq) İştirakçının dövlət qeydiyyatından keçmiş və vergi ödəyicisi olması Təklifin qüvvədə qalma müddəti: minimum 30 iş günü
Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək) Son 3 ildə IT və ya bank sahəsində oxşar layihə icra təcrübəsinin olması Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd Şirkətin son 1 ildəki rəsmi maliyyə hesabatı Şirkətin son 1 ildəki vergi borcunun olmaması haqqında rəsmi arayış Ən azı 3 istinad layihə təqdim edilməlidir.
Komanda və resurs tələbləri:
QA Mühəndisi (manual testing üzrə təcrübəli) Test Automation Engineer (Selenium, Cypress və ya s. üzrə) DevOps/CI-CD mütəxəssisi Layihə meneceri (təcrübəsi təsdiqlənməlidir)
Texniki Tələblər
QA Strukturunun Qurulması:
QA strategiyasının hazırlanması. Test planları və sənədlərin hazırlanması. ISTQB metodologiyasına uyğun model.
Avtomatlaşdırılmış Test Sistemi:
Backend testləri (Postman, RestAssured) UI testləri (Selenium, Playwright, Cypress) Performance testləri (JMeter, K6) Hesabat (Allure, ReportPortal)
CI/CD İnteqrasiyası:
Git, Jenkins, GitLab CI inteqrasiyası. Testlərin deploy proseslərinə əlavə olunması.
Təslim Müddəti və Etaplar
Planlaşdırma və təhlil mərhələsi – 2 həftə Strukturun dizaynı və sənədləşməsi – 2 həftə Manual testlərin tətbiqi – 3 həftə Avtomatlaşdırılmış testlərin tətbiqi – 4 həftə CI/CD inteqrasiyası və pilot test – 2 həftəTender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1014, Füzuli küç.71) ünvanına göndərilməlidir.
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya (+99451) 271 48 48 nömrəsinə müraciət edə bilərlər.