AZ

Sərhədi qanunsuz keçməyə çalışan Yəmən vətəndaşı həbs edilib

Azərbaycandan Rusiya Federasiyasına qanunsuz keçməyə çalışan Yəmən vətəndaşının məhkəməsi yekunlaşıb.

Herbiand.az-ın məlumatına görə, may ayının 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Yəmən Respublikası vətəndaşı 1986-cı il təvəllüdlü Baidaha Moqbel Abdulrazzaqın işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Astara rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Seçilən
9
1
herbiand.az

2Mənbələr