Bu gecə Bakının mərkəzində - "Tarqovı" kimi tanınan Nizami küçəsində elektrik enerjisinin verilişində problem yaranıb.
Bu barədə News24.az-a ərazidə yaşayan sakinlər məlumat verib.
İlkin məlumata görə, transformatorlardan birində baş verən partlayış nəticəsində ərazidə genişmiqyaslı işıqsızlıq müşahidə olunur. Nəticədə bir sıra ictimai iaşə obyektləri, o cümlədən restoran və mağazalar fəaliyyətini müvəqqəti dayandırıb.
Aqil Qarayev