AZ

Yeni tədris ilində təhsil haqlarında dəyişiklik olacaq? - RƏSMİ AÇIQLAMA

Təhsil haqlarının artımı ilə bağlı məsələ gündəlikdə deyil.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Prezident İlham Əliyevin tələbə təqaüdlərinin artırılması ilə bağlı sərəncamını şərh edərkən jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, təhsil haqları Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunur:

"Bu dəqiqə üçün, yeni təhsil mövsümünün də başladığı dövrdə bu məsələ ilə bağlı heç bir yeni məlumat yoxdur".

Seçilən
144
15
day.az

10Mənbələr