Bakı. Trend:
“Norm” ASC 2024-cü ilin audit olunmuş maliyyə nəticələrinə dairhesabatı dərc edib. Hesabata əsasən, şirkətin ötən ilki maliyyəgöstəriciləri əvvəlki illə müqayisədə xeyli yüksəlib. Belə ki,“Norm” ASC-də satış gəliri 13% artaraq 256 milyon AZN təşkil edib,ümumi gəlir isə 18,8% artaraq 130 milyon AZN-ə çatıb. Əməliyyatmənfəəti 18 milyon manat, yəni 28,2% artaraq, 81,5 milyon manata,vergidən əvvəlki mənfəəti isə 15,9% artaraq, 77,43 milyon manataçatıb.
“Norm” ASC-nin Maliyyə və strategiya üzrə baş icraçı direktormüavini Elvin Mirzəyev bildirib ki, 2024-cü il ərzində uğurluidarəetmə və effektiv fəaliyyət nəticəsində şirkət həm gəlirlərini,həm də xalis mənfəətini artırmağa nail olub. O, həmçinin qeyd edibki, “Norm” ASC ötən il yüksək məbləğdə - 19,2 milyon AZN-dən çoxmənfəət vergisi ödəyərək, ölkənin ən iri vergi ödəyicilərindən biriolub.
Şirkətin Baş icraçı direktoru Henning Sasse “Norm” ASC-ninsement bazarının lideri kimi ötən ili uğurlu başa vurduğunuvurğulayıb: “2024-cü ildə əldə etdiyimiz yüksək nəticələrəəsaslanaraq, hazırda tikinti materialları seqmentində genişlənməstrategiyasını uğurla həyata keçiririk. Bu ilin may ayındanetibarən şirkətimiz sement əsaslı quru qarışıqlar üzrə yeniməhsullarını Storm brendi ilə bazara təqdim edib. Bizinanırıq ki, tikinti materialları sahəsindəki bu genişlənməşirkətin fəaliyyət göstəricilərini möhkəmləndirməklə yanaşı, inşaatsektorunun dayanıqlı inkişafına da töhfə verəcək.
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksəktexnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalqşirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.