AZ

Özəl ali məktəblərdə SABAH qrupları yaradılır

Bakı, 25 iyul, AZƏRTAC

Yeni tədris ilindən etibarən SABAH qruplarının ADA Universitetində, Bakı Ali Neft Məktəbində və Xəzər Universitetində fəaliyyətə başlaması gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli məlumat verib. O bildirib ki, hazırda bu istiqamətdə müzakirələr aparılır: “Gələcəkdə SABAH qruplarının və bu kimi yeni məzmunlu təhsil proqramlarının universitetlər və ixtisaslar üzrə genişlənməsi planlaşdırılır. SABAH və xüsusi məzmunlu təhsil proqramlarının gələcəkdə təxminən 15 min tələbəni əhatə etməsi nəzərdə tutulur”.

 

Seçilən
81
3
azertag.az

4Mənbələr