AZ

Terrorçular hücumdan əvvəl narkotikdən istifadə ediblər

Yazını böyüt
Yazını kiçilt

Rusiyada Moskva yaxınlığında "Crocus City Hall" konsert zalında törədilən terror aktını birbaşa törədən üç nəfər - Dalercon Mirzoyev, Muhammadsobir Fayzov və Saidokrami Raçabalizoda hücumdan əvvəl qorxu hisslərini kütləşdirmək üçün narkotik vasitələrdən istifadə ediblər.

Hafta.az xəbər verir ki, bu barədə TASS-ın nəzərdən keçirdiyi sənədlərdə bildirilir.

"Cinayət yerinə gedərkən M.Z.Fayzov, S.M.Raçabalızoda və D.B.Mirzoyev qorxu hisslərini kütləşdirmək məqsədilə naməlum narkotik vasitədən, o cümlədən mefedrondan istifadə ediblər", - deyə işin materiallarında qeyd olunub.

Bundan sonra onlar hücumu həyata keçiriblər.

Xatırladaq ki, 2024-cü il martın 22-də Krasnoqorskda yerləşən "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədiblər, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 609 nəfər yaralanıb, 149 nəfər həlak olub. Terrorçular tezliklə ələ keçiblər.

Seçilən
24
3
hafta.az

10Mənbələr