AZ

Sportinq Dyökereşin əvəzinə çempionatın ən yaxşı bombardirini alır

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Portuqaliyanın "Sportinq" klubu "Arsenal"la razılığa gələn hücumçusu Viktor Dyökereşə əvəzləyici tapıb.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, Lissabon təmsilçisi "Almeriya"nın (İspaniya) hücumçusu Luis Suaresi rənglərinə bağlayacaq. Mənbə tərəflərin artıq razılığa gəldiyini, Suares gələcəkdə başqa kluba satılacağı halda, gəlirin 10 faizinin ispanlara çatacağını vurğulayıb.

Qeyd edək ki, Suares ötən mövsüm 41 matçda 27 qol vuraraq Sequndanın ən yaxşı bombardiri olub. Kolumbiya millisinin 27 yaşlı forvardı daha öncə "Qranada", "Real Saraqosa", "Ximnastik" (hamısı İspaniya) və "Nasyonal"da (Kolumbiya) çıxış edib. Onun Avropa karyerası "Uotford"un gənclərdən ibarət komandasından başlayıb.

Nihat

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
1
fanat.az

2Mənbələr