Aktual.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
"ABŞ Makronun Fələstin dövlətini tanımaq planını qəti şəkildə rədd edir. Bu ehtiyatsız qərar yalnız HƏMAS-ın təbliğatını gücləndirir və sülhün bərqərar olmasına mane olur. Bu, 7 oktyabr hadisələrinin qurbanlarının üzünə vurulan sillədir”, - Rubio bildirib.
Qeyd edək ki, Makron Fransanın bu payız BMT Baş Assambleyasında Fələstini rəsmən tanımağı planlaşdırdığını təsdiqləyib.