AZ

Dövlət Əmək Müfəttişliyi Xidmətinin xərcləri 14 dəfədən çox artıb

ain.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin xərcləri 1,033 milyon manat təşkil edib. SİA Xidmətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 14,2 dəfə çoxdur.

Ötən il qurumun inzibati xərcləri 852 min manat (11,7 dəfə çox), digər xərcləri isə 182 min manat (kəskin artıb) təşkil edib.

Bu il yanvarın 1-nə Dövlət Əmək Müfəttişliyi Xidmətinin həm aktivləri, həm də balans kapitalı 1,733 milyon manat olub ki, bu da illik müqayisədə 3,9 dəfə çoxdur. Xidmətin öhdəlikləri olmayıb.

Xatırladaq ki, Dövlət Əmək Müfəttişliyi Xidməti 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
7
sia.az

8Mənbələr