AZ

Nərimanovda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi keçirildi - Video

Nərimanov Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli və tədqiqatçı alim Səbuhi Hüseynovun müəllifi olduqları “Qərbi Azərbaycan İrsi”: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar kitabının I cildinin Nərimanov rayonunda təqdimat mərasimi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə iştirakçılar Qərbi Azərbaycan mövzusuna aid rəsmlərdən, nəşr olunmuş kitab və çap materiallarından ibarət sərgiyə baxış keçiriblər. 

Təqdimat Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra azərbaycanlıların deportasiyasına həsr olunmuş “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyasından sənədli videoçarx nümayiş etdirilib. Videoçarxda Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi abidələrin, qəbiristanlıqların, məscid və digər dini-mədəni obyektlərin məhv edilməsi faktları əyani şəkildə təqdim edilib.

Təqdimatda Nərimanov RİH başçısı Elgin Həbibullayev çıxışında qeyd edib ki,  Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atır. Bu gün  “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” bu istiqamətdə strateji yol xəritəmizdir. Prezident İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irsi, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılmaqdadır. Bu gün təqdim olunan “Qərbi Azərbaycan İrsi” kitabı da bu konsepsiyanın mühüm bir tərkib hissəsidir – tariximizi sənədlərlə, faktlarla, mədəniyyət nümunələri ilə sübut edən qiymətli bir mənbədir. Çıxışın sonunda Nəriamov Rayon İcra Hakmiyyətinin başçısı kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə səmimi təşəkkürünü bildirib. 

Qərbi Azərbaycan İcması idarə heyətinin sədri, millət vəkili Əziz Ələkbərli çıxışını folklor nümunələrinin üzərində qurmaqla başladı. 

Çıxışında həmçinin yaradıcı heyətin ərsəyə gətirdiyi kitabın beş cilddə olacağını qeyd etdi. Birinci üç kitab Qərbi  Azərbaycan ərazisində ki, qəbistanlıqlara, dördüncü cild məscidlərə, beşinci cild isə ərazidəki maddi-mədəni irs nümunələrinə həsr olunub.

Birinci cildin əhatə etdiyi  ərazidə 201 qəbiristanlıq haqqında  müqayisəli, həm peyk, həm də topoqrafiq xəritələrdən sitifadə edilməklə və konkret faktlara söykənməklə təhlil edilib.  İcma sədri qeyd edib ki, aparılan araşdırmalar zamanı məlum olub ki, 201 qəbiristanlıqdan bu gün 46- sının tamamilə yer üzündən silindiyi məlum olub,  153-nün isə dağıdıldığını, hazırda cəmi bir əraizdəiki qəbiristanlığın salamat qaldığını bildirib. 

Əziz Ələkbərli  qeyd edib ki, məhv edilən qəbiristanlığın yerində ya asfalt salınıb, ya həyatyanı ərazi kimi paylaşılıb, hətta bəzilərinin yerində kilsə inşa edilib. 
Bizim hər birimiz Azərbaycan Prezidenti cənab İlam Əliyevin qarşımıza qoyduğu əsas fikri- “Biz Qərbi Azərbaycana qayıdacağıq” fikrinin reallığa çevrilməsi üçün hər birimiz öz fəaliyyətimizlə bu fikirin gerçəkləşməsinə öz töhfəmizi verməliyik.

Görüşdə icmanın Nərimanov təşkilatının rəhbəri Təmraz Tağıyevin çıxışı hər kəsin diqqətini çəkib. Tədbirdə həmçinin Respublika Ağsaqqalar Şurasının Nərimanov  təşkilatının rəhbəri, şəhid atası Arif Heydərov, dəyərli Nüvədi ziyalısı Musa Musayev, YAP-ın Nərimanov Təşkilatının sədri Elçin Quliyev, hüquq elmələri doktoru Zahid Cəfərov, İcmanın Qadınlar şurasının sədri müavni Telli Pənah qızı çıxış edərək bu cür məzmunlu kitabların çapının  Qərbi Azərbaycanın gələcək nəslə təbliğ edilməsində mühüm rol oynadığını xüsusilə vurğulayıblar.

Təqdimatda beş nəfərə Qərbi Azərbaycan ideyalarının ictimaiyyət arasında layiqincə təbliğ etdiyinə görə, İcma sədrinin imzaladığı “Təşəkkürmə” ilə təltif edildi.
Tədbir bədii hissə ilə yekunalışıb. Tədbirin sonunda Zəngəzur yallısı iştirakçılarda xoş təəssürat yaratmış oldu.











Seçilən
19
qafqazinfo.az

1Mənbələr